Ukraynaya silahın göndərilməsinə qarşı Almaniyada etiraz aksiyası keçirildi
Ukraynaya silahın göndərilməsinə qarşı Almaniyada etiraz aksiyası keçirildi, – bu barədə beynəlxalq mediya yazır.
Medianın məlumatına görə, Düsseldorf şəhərində aksiyaya minlərlə insan çıxdı. Nümayişçilər NATO-nu tənqid etdilər və qeyd etdilər ki, alyans sülhü pozur və müharibəni həvəsləndirir.
Aksiya iştirakçılarının bannerlərində yazılmışdı – “NATO ilə sülh rədd olsun”, “Biz sülh istəyirik” və “Rusiyaya qarşı isqtisadi müharibəni dayandırın”.
Nümayişçilər Rusiya-Ukrayna münaqişəsinin mürəkkəb səbəblərdən başladığını və Qərb ölkələrinin Ukraynaya hərbi yardım göstərməklə gərginliyi artırdığını bəyan etdilər.