Ukraynaya Rusiyanın intervensiyasının başalamasından ən azından 167 uşaq öldürülüb və 279 uşaq xəsarət alıb
Ukraynaya Rusiyanın intervensiyasının başalamasından ən azından 167 uşaq öldürülüb və 279 uşaq xəsarət alıb. Müvafiq məlumatı “BBC” Ukrayna hakimiyyətinin məlumatlarına istinadən yayır.
Rəsmi məlumatlara görə, ən çox uşaq Ukraynanın şərqindəki Donetsk vilayətində öldürülüb. Burada 82 uşağın qətli qeydə alınıb. 78 uşaq Kiyev vilayətində, 64 uşaq Xarkov vilayətində qətlə yetirilib.
Ukrayna Baş Prokurorluğunun məlumatına görə, müharibə başlayandan indiyədək 927 məktəb və digər təhsil müəssisəsi bombardmanlar nəticəsində zədələnib və ya dağıdılıb.