Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü - Əgər İtaliyanın vitse-baş naziri Mateo Salvinini sülh müqaviləsi narahat edirsə, ona Ukrayna Prezidentinə deyil, müharibəni başladan Putinə müraciət etməyi məsləhət görürük
Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü - Əgər İtaliyanın vitse-baş naziri Mateo Salvinini sülh müqaviləsi narahat edirsə, ona Ukrayna Prezidentinə deyil, müharibəni başladan Putinə müraciət etməyi məsləhət görürük

 

Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü Heorhi Tixi İtaliyanın vitse-baş naziri Mateo Salvininin bəyanatına cavab verir.

Onun sözlərinə əsasən, Salvini müharibəni bitirmək üçün Kiyevə deyil, Moskvaya müraciət etməlidir.

“İkinci Dünya Müharibəsinin ən qanlı döyüşlərindən biri olan Monte Kassino döyüşündə 3000-dən 5000-ə qədər ukraynalı iştirak edirdi. Qələbə bəzən uzaqda görünsə də, onlar “məğlubiyyətlə məğlubiyyət arasında” seçim etməyiblər. Onlar digər müttəfiqlərlə birlikdə vuruşublar, çünki İtaliyanın və bütün Avropanın azadlığı tərəzinin gözündə idi. Bu gün Ukraynanın mübarizəsi nə qədər çətin olsa da, 80 il əvvəlki kimi vacibdir. Mateo Salvinidən fərqli olaraq, Avropada sülhün taleyinin Ukraynadakı döyüş meydanında həll olunduğunu başa düşən İtaliyanın və bütün italyanların dəstəyinə görə hər zaman minnətdar olacağıq.

Əgər cənab vitse-baş naziri sülh müqaviləsi narahat edirsə, ona özünü təcavüzdən qoruyan ölkə olan Ukrayna Prezidentinə deyil, bu müharibəni başladan Putinə müraciət etməyi məsləhət görürük” – Tixi sosial şəbəkədə yazır.

Məlumat üçün bildirək ki, İtaliyanın vitse-baş naziri Mateo Salvini Ukrayna Prezidenti Volodimir Zelenskini sülh müqaviləsini imzalamağa çağırıb.

“Zelenskiyə qulaq asdıq. Pul, səy və yardım aldıqdan sonra da şikayət etməyə cəsarəti var. Dostum, sən müharibəni uduzursan, kişiləri itirirsən, etibarını və ləyaqətini itirirsən: sülh müqaviləsini mümkün qədər tez imzala. Məğlubiyyətlə tam məhv arasında seçim etməlisən” – Salvini qeyd edib.