Ukraynanın Xarici İşlər Nazirliyində səfirliklərin Kiyevdən təxliyəsi haqqında yayılan məlumatı təkzib edirlər

16:34, 03.10.2026

 

Ukraynanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Qeorqi Tixi “Guardian” nəşrinin səfirliklərin Kiyevdən təxliyə edilməsi barədə məlumatını təkzib edib.

O, xarici tərəfdaşların diplomatik missiyaların Kiyevdən köçürülməsi niyyəti haqqında Ukraynaya məlumat vermədiklərini bildirib.

“Bəzi xarici media vasitələrinin bu məlumatı haradan aldığını bilmirəm. Bu mərhələdə biz Xarici İşlər Nazirliyi olaraq xarici diplomatik missiyalardan köçürmə planları ilə bağlı bu cür tələblər və ya bildirişlər almamışıq” – Tixi” LIGA net” nəşrinə açıqlayıb.

Məlumat üçün bildirək ki, “Guardian”ın məqaləsinə əsasən, diplomatlar Rusiyanın diplomatik nümayəndəliklərə məqsədyönlü şəkildə hücum etməyə başlayacağı təqdirdə səfirliklərin Kiyevdən köçürülməsi məsələsini müzakirə edirlər.

“Qərbli diplomatlar Kiyevi tərk etmək niyyətində olmadıqlarına dair ictimai bəyanatlarına baxmayaraq, şəxsi söhbətlərdə qeyd edirlər ki, Rusiyanın diplomatik nümayəndəliklərə məqsədyönlü şəkildə hücum etməyə başlayacağı təqdirdə, fövqəladə hallar üçün səfirliklərin Lvova və Polşanın şərqinə köçürülməsi planları nəzərdən keçirilir” – nəşr qərbli diplomatlara istinadən yazıb.

Oxşar