Ukraynanın Xarici İşlər Nazirliyi ölkənin dronları ilə Litva hava məkanının mümkün pozulmasından təəssüfləndiyini bəyan edir
Ukraynanın Xarici İşlər Nazirliyi ölkənin dronları ilə Litva hava məkanının mümkün pozulmasından təəssüfləndiyini bəyan edir. Məlumatı “Reuters” nəşri rəsmi şəxsə istinadən yayır.
“Bu gün səhər Litvanın hava məkanında baş vermiş insidentə görə təəssüf edirik. Bu, Rusiya ilə elektron müharibə, dronların Rusiyadakı qanuni hərbi hədəflərə qarşı əməliyyat zamanı istiqamətinin dəyişməsi nəticəsində baş vermiş ola bilər” – bəyanatda yazılır.
Yüksək vəzifəli şəxs qeyd edib ki, Ukrayna insidentlə bağlı bütün bu cür məlumatları litvalı tərəfdaşlara təqdim etməyə borcludur.
Məlumat üçün bildirək ki, oktyabrın 18-də Litvanın nəzarətində olan əraziyə dron düşüb. Pilotsuz uçuş aparatı avtomobilin yaxınlığına düşüb. Partlayış nəticəsində sürücü xəsarət almayıb.