Ukraynanın Xarici İşlər Nazirliyi “Fox News”un efirində Pasxa ibadətinin yayımı zamanı Kiyevin rus şəhəri kimi təqdim edilməsinə görə üzr istənilməsini tələb edir
Ukraynanın Xarici İşlər Nazirliyi “Fox News”un efirində Ukrayna Pravoslav Kilsəsinin Pasxa ibadətinin yayımı zamanı Kiyevin rus şəhəri kimi təqdim edilməsinə görə üzr istənilməsini tələb edir.
Bu barədə Ukraynanın Xarici İşlər Nazirliyinin nümayəndəsi X-də yazıb.
Məlum olduğu kimi, “Fox News”un efirində dünyanın müxtəlif yerlərindən, o cümlədən Kiyevdən də Pasxa ibadəti yayımlanırdı. Əvvəlcə efirdə “Ukrayna, Kiyev” yazısı var idi, lakin daha sonra “Kiyev, Rusiya” yazısı göründü. Bu yazı uzun müddət efirdə görünürdü.
“Əgər bu, sadəcə bir səhv idisə və qəsdən verilmiş siyasi bəyanat deyildisə, o zaman üzr istənilməsi və bu səhvə yol verənin kim olduğunu araşdırmaq vacibdir” – Ukraynanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Qeorqi Tixi yazıb.