Ukraynanın Voronej şəhərinə həyata keçirdiyi genişmiqyaslı hücum nəticəsində iki nəfər həlak olub
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Voronej şəhərinə həyata keçirdiyi genişmiqyaslı hücum nəticəsində iki nəfər həlak olub.
Regionun qubernatoru Aleksandr Qusevin bildirdiyinə görə, hücum nəticəsində 17 nəfər xəsarət alıb. Yaralılar arasında bir uşaq da var.
Xəsarət alanlar arasında Anapa–Moskva marşrutu üzrə hərəkət edən qatarın beş sərnişini də var. Hücum zamanı qatar Somovo stansiyasında olub və vaqonlardan biri zədələnib.
Voronejdə hücum nəticəsində bir neçə obyektdə, o cümlədən biznes mərkəzində, yaşayış binasında, iki bağ evində və sənaye obyektlərində yanğın baş verib.
Rusiya mediasının məlumatına görə, ölkənin hava hücumundan müdafiə qüvvələri gecə və bu gün səhər saatlarında region üzərində ümumilikdə 113 dronu vurub. Onlardan 70-i birbaşa regionun inzibati mərkəzi üzərində zərərsizləşdirilib.