Ukraynanın Ternopol şəhərində Rusiya ordusu tərəfindən yaşayış binasının bombardman edilməsi nəticəsində qurbanların sayı 25-ə qədər artıb
Ukraynanın Ternopol şəhərində Rusiya ordusu tərəfindən yaşayış binasının bombardman edilməsi nəticəsində qurbanların sayı 25-ə qədər artıb. Ukrayna mediası, qurbanlar arasında üç uşağın olması haqda məlumat verir. Ukraynanın Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, bombardman nəticəsində 15-i uşaq olmaqla 73 nəfər yaralanıb. Hadisə yerində təcili xilasetmə əməliyyatları aparılır.
İşlərdə alpinistlər, kinoloqlar, “Delta” xüsusi təyinatlı dəstəsi və Dövlət Fövqəladə Hallar Xidmətinin təxminən 45 ədəd texnikası, o cümlədən robot sistemləri iştirak edirlər.
Həmçinin, bomba zərərsizləşdirmə mütəxəssisləri ərazini müşahidə edirlər.
Ternopolun meri Serqei Nadal noyabrın 19-21-də şəhərdə matəm günləri elan edildiyini bildirib.