Ukraynanın Ternopil şəhərində Rusiya qüvvələrinin hücumu nəticəsində həlak olanların sayı 26-ya yüksəlib, 93 nəfər yaralanıb
Ukraynanın Ternopil şəhərində Rusiya qüvvələrinin hücumu nəticəsində həlak olanların sayı 26-ya yüksəlib, 93 nəfər yaralanıb

Ukraynanın Ternopil şəhərinə Rusiya tərəfindən həyata keçirilən hücum nəticəsində həlak olanların sayı 26-ya çatıb. Ölənlər arasında üç uşaq da var. 93 nəfər yaralanıb və onlar yerli xəstəxanalara yerləşdirilib. Bu barədə Ukraynanın daxili işlər naziri İhor Klymenko məlumat yayıb.

Ukrayna mətbuatının xəbərinə görə, fövqəladə xidmətlər zərər çəkmiş ərazilərdə işləri davam etdirirlər. Dağıntıların təmizlənməsi və zərərçəkənlərə yardım göstərilməsi prosesi gedir.

Qeyd edək ki, 19 noyabrda Rusiya Ukraynaya raket və dron hücumları həyata keçirib. Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Rusiya Ukrayna istiqamətinə 470 pilotsuz uçuş aparatı və müxtəlif tipli 48 raket buraxıb.