Ukraynanın “Telegram” kanalları Rusiyanın Orenburq şəhərində partlayış baş verdiyini xəbər verirlər

19:36, 12.05.2026

 

Ukraynanın “Telegram” kanalları Rusiyanın Orenburq şəhərində partlayış baş verdiyini xəbər verirlər. Təsdiqlənməmiş məlumatlara əsasən, Ukrayna dronu yaşayış evinə düşüb. Digər məlumatlara əsasən, hücumun hədəfi Orenburq vilayətinin Orsk şəhərindəki neft emalı zavodu olub.

Regional hakimiyyət yaşayış binasına zərbə endirildiyi barədə məlumatı təsdiqləyib.

“Orenburq səmasında pilotsuz uçuş aparatlarının hücumunun dəf edilməsi zamanı yaşayış binasına ziyan dəyib. Operativ xidmətlər hadisə yerinə gəliblər. Xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir” – regionun rəhbəri Evqeni Solntsev bildirib.

Oxşar