Ukraynanın Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatı Kiyevdə casusluq ittihamı ilə iki Çin vətəndaşını saxlayıb
Ukraynanın Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatı Kiyevdə casusluq ittihamı ilə iki Çin vətəndaşını saxlayıb

 

Ukraynanın Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatı Kiyevdə casusluq ittihamı ilə iki Çin vətəndaşını saxlayıb.

Təhlükəsizlik Xidmətində bildiriblər ki, Çin vətəndaşları “Neptun” tipli Ukrayna raketlərinin istehsalı haqda məxfi sənədləri ölkədən çıxarmağa çalışırdılar.

İstintaqın məlumatına əsasən, saxlanılanlardan biri 2023-cü ildə zəif akademik göstəricilərə görə Kiyevdə qalan Kiyevin texnikumlarından birinin keçmiş tələbəsidir.

Saxlanılan ikinci şəxs Çində yaşayan, lakin vaxtaşırı Ukraynaya səfər edən onun atasıdır.

Ukraynanın Təhlükəsizlik Xidmətində bildiriblər ki, keçmiş tələbə ən son silahların istehsalı ilə əlaqəsi olan ukraynalını öz tərəfinə çəkməyə çalışırmış.