Ukraynanın Təhlükəsizlik Xidmətində Rusiyanın Voronej vilayətində yerləşən aerodroma dronlarla hücum etdiklərini bildirirlər
Ukraynanın Təhlükəsizlik Xidmətində Ukraynanın Rusiyanın Voronej vilayətində yerləşən aerodroma dronlarla hücum etdiyini bildirirlər. Bu haqda məlumatı “BBC”nin rusdilli xidməti yayır. Söhbət “Borisoglebsk” hərbi aerodromundan gedir.
Anonim mənbələrin məlumatına əsasən, hücum tənzimlənən aviabombaların anbarlarına, “Su-35” və “Su-34” təyyarələrinin anqarlarına, eləcə də aviasiya yanacağının saxlanıldığı anbarlara edilib. Hücum nəticəsində dəyən ziyanla bağlı məlumat yayılmır.
“BBC”nin məlumatına əsasən, gecə ərzində sosial şəbəkələrdə aerodrom yaxınlığında baş verən yanğını əks etdirən şəkil və videolar yayılıb.
NASA-nın kosmosdan yanğınları izləyən sistemi “Borisoglebsk” aerodromunun yaxınlığında ən azı altı yanğın ocağını qeydə alıb.
Bundan əvvəl Voronej vilayətinin qubernatoru Aleksandr Qusev yazırdı ki, oktyabrın 2-si gecə bölgənin dörd munisipalitetində təxminən otuza yaxın Ukrayna pilotsuz uçuş aparatını vurublar. Onun məlumatına görə, heç kəs zərər görməyib.
Rus hərbçilər keçən gecə dörd bölgənin ərazisində ümumilikdə 113 Ukrayna pilotsuz uçuş aparatını vurduqlarını bildirirlər.