Ukraynanın Təhlükəsizlik Xidmətində Moskvada rus general İqor Kirillovun partladılmasının onların xüsusi əməliyyatının nəticəsi olduğunu bildirirlər

13:11, 17.12.2024

 
Ukraynanın Təhlükəsizlik Xidmətində Moskvada rus general İqor Kirillovun partladılmasının onların xüsusi əməliyyatının nəticəsi olduğunu bildirirlər.

Bu barədə “BBC”nin Ukrayna bürosuna Ukraynanın Təhlükəsizlik Xidmətindən məlumat veriblər.

Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi, general-leytenant İqor Kirillov bu gün səhər Moskvada partlayış nəticəsində həlak olub.

Media vasitələrinin mənbələrinin məlumatına əsasən, minalanmış skuter Kirillov köməkçisi ilə birlikdə Ryazan prospektindəki evin girişinə daxil olan zaman partlayıb.

“Kirillov ukraynalı hərbçilərə qarşı qadağan olunmuş kimyəvi silahdan istifadə etmək əmri verdiyi üçün hərbi cinayətkar və tamamilə qanuni hədəf idi. Ukraynalıları öldürən hər kəsi belə bir son gözləyir. Müharibə cinayətlərinə görə qisas qaçılmazdır” – mənbələrdən biri “BBC”nin Ukrayna xidmətinə deyib.

Bundan əvvəl Ukraynanın Təhlükəsizlik Xidmətində Kirillovun Ukraynanın şərq və cənub hissəsində ölkənin silahlı qüvvələrinə qarşı kimyəvi silahdan istifadə etməkdə şübhəli bilindiyini demişdilər.

Oxşar