Ukraynanın Təhlükəsizlik Xidməti - Rusiyanın aerodromlarına hücum nəticəsində məhv edilmiş strateji aviasiyanın dəyəri yeddi milyard dollar təşkil edir
Ukraynanın Təhlükəsizlik Xidmətində bildirirlər ki, Rusiyanın aerodromlarına edilmiş hücum nəticəsində məhv edilmiş strateji aviasiyanın dəyəri yeddi milyard dollar təşkil edir.
“Yeddi milyard ABŞ dolları – bu gün Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı “Şəbəkə” nəticəsində zərər görən düşmənin strateji aviasiyasının təxmini dəyəri belədir. Rusiyanın əsas hərbi aerodromlarında yerləşən qanadlı raket daşıyıcısı strateji təyyarələrin 34 faizi zərər görüb” – Ukraynanın Təhlükəsizlik Xidmətində qeyd edirlər.
Ukrayna tərəfi bildirir ki, “Şəbəkə” xüsusi əməliyyatının təfərrüatlarını daha sonra açıqlayacaqlar.
Məlumat üçün bildirək ki, Ukraynanın Təhlükəsizlik Xidməti pilotsuz uçuş aparatları ilə rus aerodromlarına zərbə endirib. Yayılmış məlumata əsasən, 41 təyyarə məhv edilib. Ukrayna mediasının yazdığı kimi, “Şəbəkə” xüsusi əməliyyatı bir ildən artıq müddət ərzində hazırlanırdı.