Ukraynanın Təhlükəsizlik Xidməti Odessa limanında Rusiyanın kölgə donanmasının bir hissəsi olan və kənd təsərrüfatı məhsulunu qanunsuz şəkildə daşıyan xarici yük gəmisini saxlayıb
Ukraynanın Təhlükəsizlik Xidməti Odessa limanında Rusiyanın kölgə donanmasının bir hissəsi olan və kənd təsərrüfatı məhsulunu qanunsuz şəkildə daşıyan xarici yük gəmisini saxlayıb

 

Ukraynanın Təhlükəsizlik Xidməti Odessa limanında Rusiyanın kölgə donanmasının bir hissəsi olan və ilhaq edilmiş Krımdan Ukrayna kənd təsərrüfatı məhsulunu qanunsuz şəkildə daşıyan xarici yük gəmisini saxlayıb.

Təhlükəsizlik xidmətinin məlumatına əsasən, Afrika ölkəsinin bayrağı altında üzən gəmiyə sanksiya tətbiq edilib və məhdudiyyətlərdən yan keçmək məqsədilə, müntəzəm olaraq gəminin adını dəyişdirirdi.

Həmçinin, Ukraynanın Təhlükəsizlik Xidməti müəyyən edib ki, Rusiyanın tammiqyaslı işğalından əvvəl gəmi Sevastopol limanına ən azı yeddi dəfə daxil olub və 7000 ton taxıl çıxarıb.

Saxlanılma zamanı gəmidə kapitan və Yaxın Şərqin bir neçə ölkəsinin vətəndaşı olan 16 heyət üzvü olub.