Ukraynanın Təhlükəsizlik Xidməti Başqırdıstanda "Gazprom Neftekhim Salavat" neft-kimya kompleksinə dronlarla zərbə endirib
Ukraynanın Təhlükəsizlik Xidmətinin dronları Başqırdıstanda “Gazprom Neftekhim Salavat” neft-kimya kompleksinə zərbə endirib.
Bu barədə məlumatı “Ukrainska Pravda” təhlükəsizlik xidmətindəki mənbəyə istinadən yayır.
Bu, Ukrayna xüsusi xidmət orqanlarının son bir həftə ərzində obyektə ikinci hücumudur. Qurumdan media vasitəsinə bildiriblər ki, dronlarla hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib.
Başqırdıstan bölgəsinin rəhbəri Radi Xabirov “Gazprom Neftekhim Salavat”a hücumu təsdiqləyib. Onun verdiyi məlumata əsasən, hadisə yerində fövqəladə xidmətlər işləyir. Dəymiş ziyanın miqyası müəyyənləşdirilir.