Ukraynanın Sumı vilayətində, Şostka dəmir yolu stansiyasında Rusiyanın həyata keçirdiyi hücum nəticəsində itki var
Ukraynanın Sumı vilayətində, Şostka dəmir yolu stansiyasında Rusiyanın həyata keçirdiyi hücum nəticəsində bir nəfər həlak olub. Ukrayna mediasının məlumatına görə, kişinin meyiti vaqonda tapılıb.
“71 yaşlı kişinin meyiti Şostka dəmir yolu stansiyasında düşmən dronunun çırpıldığı qatarlardan birinin vaqonunda tapılıb”, – deyə açıqlamada bildirilir.
Bununla yanaşı, bir qədər əvvəl məlum olub ki, hücum nəticəsində yaralananlar arasında üç azyaşlı da var.
Xatırladaq ki, Rusiya bir neçə saat əvvəl Sumı dəmir yolu stansiyasında sərnişin qatarını bombalayıb. Yerli medianın yazdığına görə, hərəkətdə olan sərnişin qatarı Rusiya qüvvələri tərəfindən qəsdən bombalanıb. Hadisəyə Ukrayna Prezidenti Volodimir Zelenski də münasibət bildirib.
Onun sözlərinə görə, bu bir terror aktıdır və dünyanın bunu görməzdən gəlməsinə yol vermək olmaz, onları yalnız güc dayandıra bilər.