Ukraynanın şərq hissəsinə Rusiyanın hücumları nəticəsində ən azı 25 nəfər ölüb

11:17, 06.05.2026

Ukraynanın şərq hissəsinə Rusiya qüvvələrinin həyata keçirdiyi hücumlar nəticəsində ən azı 25 nəfər həyatını itirib. Bu barədə məlumatı ‘Reuters’ agentliyi yayıb.

Məlumatlara görə, ölənlərdən 12-si Zaporojeyə edilən zərbənin qurbanı olub. Hücum, atəşkəs təklifinin qüvvəyə minməsindən bir neçə saat əvvəl baş verib. Qeyd edək ki, atəşkəs təklifi 5 may tarixindən, gecəyarı qüvvəyə minməli idi.

Rusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəsi II Dünya Müharibəsində Qələbənin 81-ci ildönümünü qeyd edərkən, 8-9 may tarixlərində elan etmişdi.

Buna cavab olaraq, Ukrayna Prezidenti Volodimir Zelenski Moskvaya açıq müddətli atəşkəs təklif edib. Təklif 5-6 may gecəsi, saat 00:00-dan qüvvəyə minməli idi və Rusiya tərəfini də eyni addımı atmağa çağırıb

Oxşar