Ukraynanın Şərq Əməliyyat Komandanlığı - Pokrovskda döyüş əməliyyatları davam edir və şəhərin tamamilə ələ keçirilməsi ilə bağlı rus tərəfinin məlumatı həqiqətə uyğun deyil
Ukraynanın Şərq Əməliyyat Komandanlığının məlumatına əsasən, Pokrovskda döyüş əməliyyatları davam edir və şəhərin tamamilə ələ keçirilməsi ilə bağlı rus tərəfinin məlumatı həqiqətə uyğun deyil.
Onların məlumatına əsasən, ruslar təbliğat məqsədilə Pokrovskda “bayraq qaldırma əməliyyatları” təşkil ediblər.
“Pokrovskda şəhər ərazisində axtarış və hücum əməliyyatları və düşmənin məhv edilməsi davam edir. Qalın dumandan istifadə edən işğalçılar şəhərin rayonlarından birində daha bir “bayraq qaldırma əməliyyatı”na cəhd etdilər ki, təbliğatçılar bundan bütün Pokrovsk üzərində nəzarəti ələ keçirmələrinin sübutu kimi istifadə edə bilsinlər. Sonra onlar tez bir zamanda qaçdılar; düşmən qruplarının təmizlənməsi davam edir” – bəyanatda deyilir.
Hərbçilər qeyd edirlər ki, işğalçıların şəhərə guya nəzarətin olduğu barədə təbliğat imici yaratmaq cəhdi onların insan resurslarının əhəmiyyətli dərəcədə itkisinə səbəb olur.
Məlumat üçün bildirək ki, rus mediası bu gün Rusiya hərbi komandanlarının prezident Vladimer Putinə rus qüvvələrinin Ukrayna cəbhə xəttində yerləşən Pokrovsk və Vovçanskı ələ keçirdiyi barədə məlumat verdiyinə dair məlumat yayıb. Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib ki, Vladimer Putin Birləşmiş Qüvvələr Qrupunun komandanlıq məntəqəsinə baş çəkib və orada Krasnoarmeysk və Vovçanskın azad edilməsi barədə məlumat alıb.