Ukraynanın Rusiyaya hücumu nəticəsində Belqorodda Şuxov adına Dövlət Texnologiya Universitetində miqyaslı yanğın baş verib
Ukrayna tərəfindən Rusiyaya edilmiş hücum nəticəsində Belqorodda Şuxov adına Dövlət Texnologiya Universitetində genişmiqyaslı yanğın baş verib.
Bu barədə məlumatı əsasən “Telegram” kanalı formatında fəaliyyət göstərən Rusiyanın “Astra” media layihəsi yayır.
Yayılan məlumata əsasən, məhz bu universitetdə pilotsuz uçuş aparatları sistemlərinin işlənilib hazırlanması və sınaqdan keçirilməsi həyata keçirilirdi.
Belqorod Dövlət Texnologiya Universitetində, həmçinin yerli “Milandr” mikroprosessoru bazasında yaradılmış pilotsuz uçuş aparatlarının avtomatlaşdırılmış idarəetmə sistemi hazırlanırdı. Lakin, universitetdə bəyan edirlər ki, onun mülki məqsədlər üçün – xüsusilə elektrik ötürücü xətlərinin, istilik şəbəkələrinin monitorinqi və aerofotoçəkiliş üçün istifadəsi planlaşdırılırdı.