Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Enerqodar şəhərinin meri partlayış nəticəsində xəsarət aldı
Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Enerqodar şəhərinin meri partlayış nəticəsində xəsarət aldı

Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Enerqodar şəhərinin meri partlayış nəticəsində xəsarət aldı. “BBC” bu ​​barədə məlumatı şəhərin meri seçilmiş Dmitri Orlovun bəyanatına əsasən yayır.

Onun sözlərinə görə, özünü Enerqodarın meri elan edən Andrey Şevçuk və onun mühafizəçiləri partlayış nəticəsində xəsarət alıdılar və xəstəxanaya yerləşdiriliblər. Merin sözlərinə görə, hadisənin təfərrüatları hələlik məlum deyil.

Həmçinin, Orlovun sözlərinə görə, partlayış nəticəsində başqa heç kim xəsarət almayıb və bu, çox güman ki, yaxşı planlaşdırılmış hücum idi.

Rusiya tərəfi insidentlə bağlı şərh vermir.

Avropanın ən böyük atom elektrik stansiyasının yerləşdiyi Enerqodar mart ayından Rusiya tərəfindən işğal olunub.