Ukraynanın Rovno vilayətində televiziya qülləsinə raket hücumu nəticəsində azı 9 nəfər həlak olub
Ukraynanın Rovno vilayətində televiziya qülləsinə raket hücumu nəticəsində azı 9 nəfər həlak olub, 9 nəfər yaralanıb.
BBC-nin rayon administrasiyasının rəhbəri Vitali Kovala istinadən verdiyi məlumata görə, Antopi kəndinə iki raket atılıb. Raketlərdən biri televiziya qülləsinə, digəri isə yaxınlıqdakı inzibati binaya düşüb.
Kovali xarabalıqlar altında hələ də insanların qaldığını bildirib. Yerli medianın məlumatına görə, raket hücumu nəticəsində Rovno rayonunda televiziya və radio yayımı kəsilib.