Ukraynanın Odessa şəhərində suyun vəziyyəti xeyli pisləşdiyi üçün dənizdə çimmək qadağan edildi
Ukraynanın Odessa şəhərində suyun vəziyyəti xeyli pisləşdiyi üçün dənizdə çimmək qadağan edildi, – bu barədə Odessa bələdiyyəsində bəyan etdilər.
Medianın məlumatına görə, çirklənmiş su şəhər əhalisinin sağlamlığı üçün təhlükə yaradır və Odessa sahillərində dənizdə çimmək qadağan edildi.
Medianın yazdığına görə, bu qərarı Ətraf Mühit Mühafizəsi və Fövqəladə Hallar Komissiyasının növbədənkənar iclasında qəbul etdilər.
Xatırladaq ki, Odessa vilayətinin sərhədçiləri Rusiya ekosidinin nəticələrini qeydə almağa davam edirlər. Onların dediyinə görə, dəniz “zibilxana və heyvan qəbirsanlığına çevilib”.