Ukraynanın müvəqqəti işlər vəkili Andrey Kasyanov Kaxa Kaladze ilə görüşüb

16:40, 07.04.2022

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov Tbilisi meri Kaxa Kaladze ilə görüşüb.

Ukraynanın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, görüşdə Rusiya-Ukrayna müharibəsi səbəbindən Gürcüstanı tərk etməyə məcbur olmuş Ukrayna vətəndaşlarına təcili yardım, Gürcüstanın məktəbəqədər təhsil müəssisələrində Ukrayna qruplarının yaradılması, eləcə də Kiyev Şəhər Dövlət Administrasiyasına maliyyə yardımı məsələləri müzakirə olunub.

Ukrayna səfirliyindən verilən məlumata görə, Kaladze qeyd edib ki, Tbilisi meriyası Sakrebulo  ilə əməkdaşlıq çərçivəsində Tbilisidəki meydanlardan birinə “Ukrayna qəhrəmanları” adının verilməsi üzərində işləməyə hazırdır.

“Ukrayna tərəfi Tbilisi merinə Ukraynaya 50 ton humanitar yardım (ərzaq, dərman, geyim və s.) göstərdiyinə görə təşəkkür edib”, – səfirliyin bəyanatında deyilir.

Oxşar