Ukraynanın Müdafiə Qüvvələri Dağıstan və Mordovia Respublikasında zavodları bombalayıb
Ukraynanın Müdafiə Qüvvələri Rusiya Federasiyasında – Dağıstan və Mordovia Respublikasında zavodları bombalayıb.
Ukrayna mediasına əsasən, rus təcavüzkarın hərbi-iqtisadi potensialının azaldılması çərçivəsində oktyabrın 22-si gecəsi Ukraynanın Müdafiə Qüvvələrinin bölmələri Rusiya Federasiyasında bir sıra strateji hədəfləri, o cümlədən Mordovia Respublikasında yerləşən Saransk Mexanika Zavodunu bombalayıblar.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı zavodda partlayışlar baş verməsi haqda məlumat verir. Zavod piyada əleyhinə mühəndis döyüş sursatı, mina dəstləri və döyüş materialı detonatorları istehsal edir. Bundan başqa, Ukraynanın Baş Qərargahı Dağıstan Respublikasında Mahaçqala neft emalı zavodunun zərər gördüyünü bildirib.