Ukraynanın Milli Qvardiyasının sözçüsü rus hərbçilərin Selidovo şəhərinə daxil olmağa çalışdığını, lakin Ukrayna qüvvələrinin müdafiəni qoruyub saxladığını bildirir

13:45, 24.10.2024

 
Rus hərbçilər Donetsk vilayətinin Selidovo şəhərinə daxil olmağa çalışırlar, Ukrayna qüvvələri müdafiəni qoruyub saxlayır və şəhərətrafından rus piyada qruplarını dəf edir.

Bu haqda Ukraynanın Milli Qvardiyasının sözçüsü, polkovnik Ruslan Muziçuk deyib.

“Düşmən şəhərin rayonlarına nəzarət etməkdən danışmağa çalışır. Hərçənd, bölmələrimiz şəhərətrafına daxil olmağa və xüsusilə Mixaylovka rayonundan şəhərə daxil olmağa çalışan piyadaları nəzarətdə saxlamaq və məhv etmək üzərində işləyirlər” – Muziçuk Ukrayna mediasına deyib.

O, ötən sutka ərzində Rusiya qüvvələrinin xeyli sayda piyadadan istifadə etməklə Selidovoya 19 hücum həyata keçirdiyini bildirib.

Milli Qvardiyanın nümayəndəsinin dediyi kimi, Rusiya tərəfinin itkisi 118 hərbçidir.

Polkovnikin məlumatına əsasən, düşmən Selidovoya qarşı aviasiya və artilleriyadan fəal istifadə edir.

Oxşar