Ukraynanın Koordinasiya Ştabının məlumatına görə, Ukrayna Rusiyadan min hərbi qulluqçunun cəsədini geri alıb
Ukrayna Rusiyadan min hərbi qulluqçunun cəsədini geri alıb. Bu barədə hərbi əsirlərlə bağlı çalışan Ukraynanın Koordinasiya Ştabının bəyanatında deyilir.
Ştabın məlumatına görə, Ukrayna Rusiyanın iddiasına əsasən ukraynalı hərbçilərə məxsus olan min cəsədi geri alıb.
Cəsədlərin identifikasiyası aparılacaq və bundan sonra onların şəxsiyyəti müəyyən ediləcək. Cəsədlərin mübadiləsi yayda İstanbulda keçirilmiş Rusiya-Ukrayna danışıqları zamanı əldə olunmuş razılaşma çərçivəsində baş tutub. Rusiyanın mediasının məlumatına görə, Ukrayna tərəfi Rusiyaya 30 hərbçinin cəsədini təhvil verib.