Ukraynanın xarici işlər naziri bəyan edir ki, Kiyev Volodimir Zelenski ilə Vladimir Putinin görüş yerinin Türkiyə olmasının tərəfdarıdır
Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın sözlərinə görə, Kiyev Ukrayna və Rusiya liderlərinin görüş yerinin Türkiyə olmasının tərəfdarıdır.
Nazir Türkiyəyə belə bir təşəbbüs göstərdiyi və yüksək səviyyəli görüş təşkil etməyə hazır olduğu üçün təşəkkür edib.
“Biz hesab edirik ki, Zelenski və Putinin görüşü üçün əsas məkanlardan biri Türkiyədir. Müharibəni necə başa çatdırmaqla bağlı konkret təkliflərimiz var. Ukrayna sülhə can atır və hazırda davam edən bütün sülh səylərinə, o cümlədən ABŞ-ın iştirakı ilə aparılan təşəbbüslərə sadiq qalırıq. Həmçinin gözləyirik ki, Avropa bu sülh səylərində yeni rol oynayacaq”, – deyə Andrey Sibiqa bildirib.