Ukraynanın İsraildəki səfirinin məlumatına görə, Ukrayna İsrail vətəndaşları üçün vizasız gediş-gəlişin ləğvini nəzərdən keçirir
Ukraynanın İsraildəki səfirinin məlumatına görə, Ukrayna İsrail vətəndaşları üçün vizasız gediş-gəlişin ləğvini nəzərdən keçirir

Ukrayna İsrail vətəndaşları üçün vizasız gediş-gəlişin ləğvini nəzərdən keçirir. Bu barədə məlumatı İsrail mətbuatı Ukraynanın İsraildəki səfiri, Yevgeni Korniçuka əsaslanaraq yayır.

Nəşrin yazdığına görə, Kiyev İsrail hökumətinin Ukraynalı qaçqınlara münasibətindən narazıdır.

“Rusiya vətəndaşları İsrailə vizasız daxil olurlar, Belaruslar da. Ukrayna vətəndaşları üçün isə, elektron viza uyudurdular. Cavab olaraq indi biz İsrail vətəndaşları üçün vizasız gediş-gəliş məsələsini daynadırmağı müzakirə edirik”, – Korniçuk bəyan etdi

Səfir Rusiyanın Ukraynaya təcavüzü məsələsində İsrailin mövqeyindən də narazılığını bildirdi.

“Ukrayna öz partnyorlarında hər cür yardım gözləyir, kənarda dayanıb hər hansı tərəfin qalib gəlməyə başlamasını gözləməyi deyil”, – Ukraynalı diplomat bəyan etdi.