Ukraynanın iqtisadiyyat naziri – Minerallar haqqında yeni sazişin müzakirəsi üçün Ukrayna gələn həftə Vaşinqtona nümayəndə heyəti göndərəcək

11:10, 07.04.2025

 

Minerallar haqqında yeni sazişin müzakirəsi üçün Ukrayna gələn həftə Vaşinqtona nümayəndə heyəti göndərəcək. Bu haqda Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko “Associated Press”ə açıqlayıb.

“ABŞ-dan gələn yeni saziş layihəsi göstərir ki, hələ də fondun yaradılması və ya birgə investisiya qoyuluşu niyyəti mövcuddur” – Sviridenko bildirib.

Kiyevin nümayəndə heyətində iqtisadiyyat, xarici işlər, ədliyyə və maliyyə nazirliklərinin nümayəndələri olacaq.

“Hazırda əlimizdə olan ABŞ-nin Xəzinədarlığının hüquq komandasının mövqeyini əks etdirən sənəddir. Bu, yekun variant deyil, bu, birgə mövqe deyil” – Ukraynanın iqtisadiyyat naziri qeyd edir.

Sviridenko bildirib ki, tərəflər danışıqlar masası arxasında əyləşməli və dialoqu davam etdirməlidirlər.

“Biz sazişin yekun layihəsinin danışıqlardan sonra strateji maraqlarımıza tam uyğun olmasına çox fokuslanmışıq – Sviridenko bildirib.

Oxşar