Ukraynanın hücumu nəticəsində Rusiyanın Novorossiysk şəhərində fövqəladə vəziyyət elan olunub
Ukrayna tərəfindən həyata keçirilən hücumlardan sonra Rusiyanın Novorossiysk şəhərində fövqəladə vəziyyət elan olunub.
Şəhərin meri Andrey Kravçenkonun bəyanatına əsasən, ötən gecə həyata keçirilən hücumlar nəticəsində şəhərdə məktəb, idman kompleksi və kollec binaları zərər görüb.
Həmçinin, o, şəhərin iki su kəməri borusunun zərər gördüyünü, bu səbəbdən də Novorossiyskin müəyyən hissəsinə suyun verilişinin bir neçə saatlığına dayandırıldığını bildirib.
Rusiya mediasının məlumatına əsasən, mer şəhərin dəhşətli gecə keçirdiyini, çünki hava hücumundan müdafiə qüvvələrinin regionda bir neçə yüz dron vurduğunu bildirib. O, hücum nəticəsində səkkiz yaşlı uşağın həyatını itirdiyini deyib.