Ukraynanın “Forpost” briqadasının məlumatına əsasən, Xarkov vilayətində Vovçansk şəhərinin ələ keçirilməsi ilə bağlı Rusiyanın bəyanatları həqiqətə uyğun deyil
Ukraynanın “Forpost” briqadasının məlumatına əsasən, Xarkov vilayətində Vovçansk şəhərinin ələ keçirilməsi ilə bağlı Rusiyanın bəyanatları həqiqətə uyğun deyil

 

Xarkov vilayətində Vovçansk şəhərinin ələ keçirilməsi ilə bağlı Rusiyanın bəyanatları həqiqətə uyğun deyil – bu haqda Ukraynanın “Forpost” briqadasının mətbuat xidmətinin rəhbəri Roman Kose bildirib.

Bölgədə mövcud vəziyyətdən danışarkən Roman Kose qeyd edib ki, müdafiə qüvvələri Vovçanskda, konkret olaraq, şəhərin cənub hissələrindədir.

Hərbi zabit qeyd edib ki, rus qüvvələri müəyyən irəliləyiş əldə ediblər, lakin bütün şəhərə nəzarət etmirlər.

Kose izah edib ki, Vovçansk uğrunda döyüş bir neçə ildir davam edir və şəhərin özündə vəziyyət hazırda çox çətindir. O, hazırda şəhərdən yalnız evlərin xarabalıqlarının qaldığını bildirib.

Bununla yanaşı, Ukrayna mediası dekabrın 1-də “Qart” briqadasına istinadən rusların Vovçansk şəhərini dağıtdığını, lakin Ukrayna qüvvələrinin onların sonrakı irəliləməsinə maneə olduğunu bildirib. Onlar, rusların bir ildən çoxdur bu istiqamətdə irəliləməyə çalışdıqları haqda məlumat verirlər.

Məlumat üçün bildirək ki, dekabrın 2-də rus mediası rus hərbi komandirlərinin Pokrovsk və Vovçanskın ələ keçirilməsi ilə bağlı Vladimer Putinə hesabat təqdim etməsi haqda məlumat yayıb.