Ukraynanın “Enerqoatom” şirkətinin məlumatına görə, Rusiya hərbçiləri Zaporojye atom elektrik stansiyasının ərazisində döyüş sursatı partladıblar

18:38, 14.03.2022

Ukraynanın “Enerqoatom” şirkətinin məlumatına görə, Rusiya hərbçiləri Zaporojye atom elektrik stansiyasının ərazisində döyüş sursatı partladıblar.

“Enerqoatom”un mətbuat xidmətinin məlumatına görə, Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasının 1 nömrəli enerji bloku və təlim mərkəzinin yaxınlığında döyüş sursatı partladıblar.

Ukrayna mətbuatının yazdığı kimi, stansiyanın yaxınlığında baş verən partlayışlar nəticəsində radiasiya fonunun dəyişib-dəyişmədiyi hələlik məlum deyil.

Oxşar