Ukraynanın Energetika Nazirliyində bəyan edirlər ki, Azərbaycan Ukraynaya elektrik şəbəkələrinin bərpası üçün avadanlıq tədarük etməklə yardım edəcək

10:49, 26.11.2022

Azərbaycan müvafiq avadanlıq verməklə Ukraynaya elektrik şəbəkələrinin bərpasına yardım edəcək. Bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayır.

İdarənin məlumatına görə, Energetika naziri German Qaluşenko ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında telefon danışığı baş tutdu. Nazirlər Ukraynanın enerji sektorunda Rusiya qüvvələrinin enerji infrastrukturuna kütləvi hücumları nəticəsində yaranmış çətin vəziyyətdən danışdılar.

“Tərəflər Ukraynanın energetika sektoruna yardım etmək, xüsusilə də elektrotexniki avadanlıqların tədarükü üzrə əməkdaşlıq haqqında razılığa gəldilər”, – Ukrayna Energetika Nazirliyinin bəyanatında deyilir.

Oxşar