Ukraynanın Energetika Nazirliyi - Oktyabrın 15-i gecə Rusiya bir daha Ukraynanın enerji obyektlərinə hücum edib, bu isə bir neçə bölgədə elektrik enerjisinin müvəqqəti kəsilməsinə səbəb olub
Oktyabrın 15-i gecə Rusiya bir daha Ukraynanın enerji obyektlərinə dronlarla hücum edib, bu isə bir neçə bölgədə elektrik enerjisinin müvəqqəti kəsilməsinə səbəb olub. Bu haqda məlumatı Ukraynanın Energetika Nazirliyi yayır.
Ukraynanın Energetika Nazirliyinin məlumatına əsasən, Rusiyanın Sumi, Xarkov, Poltava, Dnepropetrovsk, eləcə də qismən Kirovoqrad və Çerkassi vilayətlərinə endirdiyi zərbələr nəticəsində elektrik şəbəkəsində yaranmış çətin vəziyyətlə əlaqədar əhali və biznes üçün fövqəladə məhdudiyyətlər tətbiq edilib. Zaporojie bölgəsində elektrik enerjisi qismən kəsilib.
“Bu, regionun enerji infrastrukturuna son bir neçə həftə ərzində edilmiş sistematik hücumların nəticəsidir. Fövqəladə bərpa işləri davam edir” – Ukraynanın Energetika Nazirliyinin məlumatında qeyd olunub.