Ukraynanın energetika naziri – Rusiya ordusu Ukraynanın enerji obyektlərini bütün ölkə miqyasında bombalayır

13:42, 28.11.2024

 
Rusiya ordusu Ukraynanın enerji obyektlərini bütün ölkə miqyasında bombalayır – bu haqda Ukraynanın energetika naziri Qerman Qaluşenko bildirib.

Ukrayna hökumətinin nümayəndəsi bombardmanın nəticələrinin təhlükəsizliklə bağlı vəziyyət sabitləşən kimi müəyyən ediləcəyini deyib.

Ukraynanın qərb bölgələri Rusiyanın hücumunun hədəfidir.

Ukrayna mediasının məlumatına əsasən, Volin bölgəsinin Lutski şəhərində raket hücumu səbəbindən su təchizatı və istilik sistemi alternativ enerji mənbələrinə keçirilib. Şəhərdə tədris prosesi dayandırılıb.

Rivne vilayətinin rəhbərliyində bölgədə 280 mindən çox abonentin elektrik enerjisi olmadan qaldığını, həmçinin su təchizatında problem olduğunu açıqlayıblar.

Həmçinin, İvano-Frankovsk, Lvov və Xmelnitskdə partlayışlar eşidilirdi. Jitomirdə də elektrik enerjisi kəsilib, bu səbəbdən su təchizatı obyektləri generatorlarla işləyir.

Hazırda Lvov bölgəsində 500 mindən çox abonent elektrik enerjisiz qalıb.

Oxşar