Ukraynanın Dəniz Qüvvələrinin məlumatına əsasən, Rusiyanın hərəkətləri səbəbindən Ukraynanın dəniz dronu nəzarəti itirib və Rumıniya sahilləri yaxınlığında aşkar edilib
Ukraynanın Dəniz Qüvvələrinin məlumatına əsasən, Rumıniyanın Konstansa şəhərinin limanına hücum, siqnalı Rusiya tərəfindən boğulan Ukrayna dəniz dronu ilə baş verib.
Onların məlumatına əsasən, Rusiyanın hərəkətləri səbəbindən dron nəzarəti itirib və Rumıniya sahilləri yaxınlığında aşkar edilib.
Bununla yanaşı, Ukraynanın Dəniz Qüvvələrində itkilərin qarşısını almaq üçün Rumıniya ilə əlaqə saxladıqlarını bəyan edirlər.
“Qara dənizin əməliyyat zonasında tapşırıqları yerinə yetirərkən, Ukraynanın Dəniz Qüvvələrinə məxsus pilotsuz dəniz dronlarından biri düşmənin radioelektron mübarizə vasitələrinin təsiri nəticəsində nəzarəti itirib və Rumıniya sahillərində aşkar edilib. Mülki əhali arasında tələfatın qarşısını almaq üçün Ukraynanın Dəniz Qüvvələri Rumıniyanın Dəniz Qüvvələrinə lazımi məlumat verib” — bəyanatda deyilir.
Məlumat üçün bildirək ki, bu gün Rumıniyanın Konstansa şəhərinin limanında dəniz dronu partlayıb, bundan sonra da limandan təcili təxliyə işləri aparılıb. Hakimiyyət orqanları “qırmızı” fövqəladə vəziyyət planını işə salaraq əhaliyə ərazini tərk etməyi tövsiyə ediblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.