Ukraynanın Daxili İşlər naziri və onun müavini avia qəzasında həlak oldular
Ukraynanın Daxili İşlər naziri və onun müavini avia qəzasında həlak oldular

Ukraynanın Brovar şəhərində helikopterin qəzaya uğraması nəticəsində həlak olanlar arasında Ukraynanın Daxili İşlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Enin və Nazirliyin dövlət katibi Yuri Lubkoviç var, – bu barədə məlumatı Ukrayna mediası yayır.

Ümumilikdə 16 nəfər həlak olub, buradan doqquz nəfəri helikopterin göyərtəsində idi. Daha yeddi nəfər isə, helikopterin düşdüyü uşaq bağçasının ərazisində idi.

Həlak olanlar arasında ikisi azyaşlıdır. Eləcə də 22 nəfər xəsarət alıb, buradan onu uşaqdır.