Ukraynanın Çerkasi şəhərində Moskva Patriarxlığının möminləri Ukraynanın Pravoslav Kilsəsinə verilən məbədi zəbt ediblər

13:27, 17.10.2024

 
Ukraynanın Çerkasi şəhərində Moskva Patriarxlığının möminləri Ukraynanın Pravoslav Kilsəsinə verilən məbədi zəbt ediblər.

Ukrayna mediasının məlumatına əsasən, Moskva kilsəsinin tərəfdarları giriş darvazasını sındırıblar və gözyaşardıcı qazdan istifadə etməklə məbədin ərazisinə daxil olublar. Təxminən saat 09:00-da onlar məbədi zəbt ediblər. Sosial şəbəkələrdə yayılmış materialda görünür ki, məbədin içərisində bəzi şəxslər maskalı insanlara qarşı stul və digər əşyalardan istifadə ediblər və onları kafedral məbədini tərk etməyə məcbur ediblər.

Gərginlik fiziki qarşıdurmaya çevrilib. Baş vermiş hadisədən sonra Çerkasi şəhərinin meri Anatoli Bondarenko insanları məbədə getməyə və Moskva kilsəsinin mövcudluğu ilə bağlı fikirlərini ifadə etməyə çağırıb.

Avqustun 20-də Ali Rada Ukrayna ərazisində dini təşkilatların, o cümlədən Rusiya Federasiyası ilə əlaqəli olanların fəaliyyətini qadağan edən qanun layihəsini qəbul edib.

Oxşar