Ukraynanın birinci xanımı ABŞ Konqresinə müraciət etdi - indi sizdən elə şey istəyirəm ki, heç bir zaman istəməzdim, silah istəyirəm
İndi sizdən elə şey istəyirəm ki, heç bir zaman istəməzdim, silah istəyirəm, – bu sözlərlə Ukraynanın birinci xanımı, Olena Zelenski ABŞ Konqresinə müraciət etdi.
“Birləşmiş Ştatlar ortaq dəyərlərimizi – insan həyatı və azadlığını qorumaq uğrunda mübarizədə bizim yanımızda olduğuna görə həqiqətən minnətdarıq. Siz bizə güclü yardım edirsiniz. İndi sizdən elə şey istəyirəm ki, heç bir zaman istəməzdim.Mən sizdən silah istəyirəm! Yad torpaqda müharibəyə başlamaq üçün deyil, evimizi və sağ oyanmaq hüququmuzu qorumaq üçün”, – Zelenski bəyan etdi.
Onun sözlərinə görə, ABŞ terror hücumlarının nə olduğunu bilir və həmişə terroru məğlub etməyə çalışıb.
“Yardım edin, Ukraynalılar qarşı terror dayandırılsın və bu bizim ümumi qələbəmiz olacaq – hər bir insanın, hər bir ailənin həyatı, azadlığı və xoşbəxtliyi naminə”, -Ukrayna birinci xanımı qeyd etdi.