Ukrayna şəhərlərinə raket hücumları davam edir. Yerli medianın məlumatına görə, Xarkovda partlayış səsləri eşidilirdi. Gecə saatlarında Nikopol şəhəri də bombalandı. Yayılan məlumata görə, şəhər istiqamətində 100-ə yaxın mərmi atdılar. Bir nəfər həlak oldu, bir nəfər yaralandı. Həmçinin Dnepropetrovsk vilayətində üç yaşayış məntəqəsi bombalandı, nəticədə 8 nəfər xəsarət aldı.
Ukrayna Baş Qərargahının məlumatına görə, Ukrayna hərbçiləri dörd əsas istiqamətdə Rusiyanın hücumunu dəf etdilər. Onlarca yaşayış məntəqəsi atəşə tutulub. Amerika Müharibə Tədqiqatı İnstitutunun məlumatına görə, rus qoşunları irəliləyiş sürətini artıra bilmədilər. Həmçinin, Seversk ətrafındakı yüksəklikləri ala bilmədilər və çox güman ki, Seversk və Baxmutu tuta bilməyəcəklər. İnstitut cənubda Andreevka və Lozova uğursuz hücumlara da diqqət yetirir.