Ukraynanın baş ravvini Donald Trampın şəxsi ruhani məsləhətçisi pastor Mark Bernsin onun dəvəti ilə Ukraynaya gəldiyini bildirir

14:51, 31.03.2025

 

ABŞ Prezidenti Donald Trampın şəxsi ruhani məsləhətçisi, pastor Mark Berns Ukraynaya gəlib. Bu barədə məlumatı Ukraynanın baş ravvini yayır.

Berns səfər zamanı Buça, İrpen və Borodyankada olub.

“Burada gördükləri onu sarsıtdı. O, ağrısını, qəzəbini və səmimi başsağlığını gizlətmədi. Əminəm ki, bu emosiyalar təkcə onda qalmayacaq. Pastor Berns böyük qərarların qəbul edildiyi yerdə sözü eşidilən insandır. İnanıram ki, haqqın səsi Ukraynadan yeni Amerika rəhbərliyinin qəlbinə çatdırılacaq” – Ukraynanın baş ravvini qeyd edib.

Oxşar