Ukraynanın Baş Qərargahı Ukrayna qoşunlarının Pokrovskda rus qüvvələrinin mühasirəsində olmaması haqda məlumat verir
Ukraynanın Baş Qərargahı Ukrayna qoşunlarının Pokrovskda rus qüvvələrinin mühasirəsində olmaması haqda məlumat verir

 

Ukraynanın Baş Qərargahında Ukrayna qoşununun təslim olmaqdan başqa yolu qalmaması haqda Rusiyada verilən bəyanatın həqiqətə uyğun olmadığını bildirirlər. Onlar Ukrayna qoşunlarının Pokrovskda mühasirədə olmadığını deyirlər.

“Düşmənin Pokrovska nüfuz etməsi və cəmləşməsi cəhdini dayandırmaq üçün tədbirlər görülür. Həmçinin, düşmənin piyada qrupları tərəfindən mövqenin yaxşılaşdırılmasına qarşı aktiv müqavimət göstərilir” – Ukraynanın Baş Qərargahının bəyanatında deyilir.

Onların məlumatına əsasən, Ukrayna qüvvələri Pokrovsk və Mirnoqrad rayonları ətrafındakı logistika marşrutlarının vəziyyətini yaxşılaşdırmağa çalışırlar.

Rusiyanın Müdafiə Nazirliyində bu gün Pokrovsk və Kupyanskda Ukrayna qoşunlarının mühasirədə olduğunu və onların könüllü təslim olmaqdan başqa xilas olma şansının olmadığını bildiriblər.

Bununla yanaşı, “Reuters”in məlumatına əsasən, döyüş xəritələri göstərir ki, rus qüvvələri Pokrovskun tam mühasirəsindən bir neçə kilometr uzaqdadır, Kupyanskın əhəmiyyətli hissəsinə nəzarət edirlər və şəhərə gedən əsas yolda irəliləyirlər.