Ukraynanın baş naziri müavini - "Azovstaldan" 50 qadının, uşağın və yaşlının çıxarılmasını bacardıq, səhər evakuasiyanı davam etdirəcəyik
Cümə günü Mariupolun “Azovstalından” 50 nəfər, o cümlədən qadınlar, uşaqlar və qocalar təxliyə edildi. Bu barədə Ukraynanın baş nazirinin müavini İrina Vereşçuk “feysbukda” yazır.
“Bu gün biz “Azovstaldan” vətəndaşların evakuasiyasını həyata keçirdik. Geri qayıdanda insanların götürülməsi “Port-sitidə” baş verməli idi. Təəssüflər ki, alınmadı, çünki bütün konvoy məcbur idi “Azovstal” yaxınlığında dursun. Orada toqquşmalar və başqa təxribatlar var idi. Düşmən daim atəşkəs razılaşmasını pozurdu. Buna görə evakausiya çox yavaş baş verirdi. Lakin bu gün biz, “Azovstaldan” 50 qadının, uşağın və yaşlının çıxarılmasını bacardıq. Sabah səhər evakuasiya əməliyyatını davam etdirəcəyik”, – Vereşçuk qeyd etdi.
İrina Vereşçukun dediyinə görə, hər şey plana uyğun getsə, yerli vaxtla saat 17:00 radələrində “Port-sitidə” avtpbuslar duracaq və insanları Beziaminə aparacaq. İnsanlar “Port-sitidən” “Azovstal” konvoyuna qoşulacaq və ikinci günü Zaporojyeyə yola düşəcək.