Ukraynanın Baş naziri Denis Şmiqal Robert Fitso ilə görüşüb

17:29, 07.10.2024

 
Ukraynanın Baş naziri Denis Şmiqal slovakiyalı həmkarı Robert Fitso ilə görüşüb. Görüş Ukraynanın Ujqorod şəhərində keçirilib.

Danışıqlar zamanı tərəflər infrastruktur əməkdaşlığı, enerji təhlükəsizliyi və Kiyevin sülh planına dəstək haqda danışıblar.

Görüşdə Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, Slovakiya Ukraynada elektrik enerjisinin geniş miqyasda kəsilməsi halında Ukraynaya elektrik enerjisinin verilməsi baxımından təcili yardım göstərəcək.

“Biz istəyirik ki, Ukrayna qışı ləyaqətlə keçirsin. Elektrik enerjisinin geniş miqyasda kəsilməsi halında, biz təcili enerji təchizatını təmin edəcəyik. Biz başa düşürük ki, enerji infrastrukturunuzun böyük hissəsi məhv edilib, lakin biz onun bərpa olunmasını təmin etmək istəyirik. Bizim Avropa İttifaqında vahid enerji bazarımız var və o, sizə də şamil edilməlidir” – Fitso bildirib.

Bununla yanaşı, görüşdə Slovakiyanın Baş naziri ölkəsinin Ukraynaya yeni humanitar yardım paketinin olduğunu qeyd edib.

Oxşar