Ukraynanın analitik layihəsi "DeepState"in məlumatına əsasən, Rusiya Silahlı Qüvvələri Donetsk və Zaporojie vilayətlərində irəliləyişə nail olub
Ukraynanın analitik layihəsi “DeepState”in məlumatına əsasən, Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisində Donetsk və Zaporojie vilayətlərində irəliləyişə nail olub.
Platformanın məlumatına əsasən, rus bölmələri Sredne, Maiske, Kotlino (Donetsk vilayəti) və Krasnoqorsk (Zaporojie vilayəti) yaşayış məntəqələrində müəyyən irəliləyişə nail olub.
Bundan əvvəl isə analitik layihə noyabrın 9-da rusların Zaporojie vilayətində Uspenovkanı tutması haqda məlumat yaymışdı.
Pokrovska gəlincə, Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitiklərinin məlumatına əsasən, ruslar şəhər istiqamətində hücumu azaldıblar, lakin Mirnoqradda Ukrayna Silahlı Qüvvələrinin hərəkətini bloklayırlar. “ISW”, rus mediasının xəbər verdiyi kimi, Rusiya qüvvələrinin noyabrın 9-da Pokrovsk istiqamətində əlavə hücum başlatdığına dair dəlil tapa bilməməsi haqda məlumat verir.