Ukraynanın Almaniyadakı səfiri - 100 gün ərzində Almaniyadan Ukraynaya ağır texnikanın heç bir ədədi gəlməyib
Ukraynanın Almaniyadakı səfiri - 100 gün ərzində Almaniyadan Ukraynaya ağır texnikanın heç bir ədədi gəlməyib

Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik bəyan edir ki, müharibədə əsas məqsəd Rusiyanın son 100 gündə işğal etdiyi əraziləri geri qaytarmaqdır. Ukrayna mətbuatının məlıumatına görə, diplomat bu barədə Almaniyanın ZDF telekanalının edirində bəyan etdi.

“Biz heç bir zaman Krımdan imtina etməyəcəyik. Bu aydındır”, – səfir bəyan etdi, lakin qeyd etdi ki, realist olmaq lazımdır.

Andrey Melnikin dediyinə görə, Ukraynanın döyüş meydanında hələlik üstünlüyü yoxdur, ona görə də ilkin məqəsəd son 100 gündə Rusiyanın işğal etdiyi əraziləri geri qaytarmaqdır.

Ukrayna səfiri Almaniya hökumətinə müraciət etdi və bir daha vəd edilən silahların tezliklə çatdırılmasına çağırdı. Səfir Almaniya kansleri Olaf Şolsun Ukraynaya silah tədarükü ilə bağlı bəyanatını alqışlayır.

“Lakin, səmimi olaraq deəsm, 100 gün ərzində Almaniyadan Ukraynaya ağır texnikanın heç bir ədədi gəlməyib”, – səfir bəyan etdi və Almaniyanın vəd etdiyi ilk silahların yalnız iyunun sonunda Ukraynaya çatacağını güman etdi.