Ukraynanın Ali Radası Yulia Sviridenkonun baş nazir vəzifəsindən istefasını dəstəkləyib
Ukraynanın Ali Radası Yulia Sviridenkonun baş nazir vəzifəsindən istefasını dəstəkləyib, bu da Ukrayna hökumətinin istefası deməkdir. Ukrayna mediası qərarı 258 parlament üzvünün dəstəkləməsi haqda məlumat verir.
“Ukrainska Pravda” Volodimir Zelenskinin komandasındakı mənbələrə istinadən yazır ki, Yulia Sviridenkoya Ukraynanın ABŞ-dakı səfiri vəzifəsi təklif olunub, lakin o, bundan imtina edib. Medianın məlumatına əsasən, Sviridenko bu təklifə qəti şəkildə rədd cavabı verərək: “Cəhənnəm olun” – deyib.
Məlumat üçün bildirək ki, iyulun 12-də Volodimir Zelenski hökumətdə dəyişikliklər ediləcəyini elan etmişdi. Ukrayna Prezidenti ilə görüşdən sonra Ukraynanın Baş naziri Yulia Sviridenko vəzifəsindən getdiyini bəyan edib.
“Prezidentin etimadına və komandamızın fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdaram. Ukraynanın müasir tarixinin ən çətin dövründə hökumətə rəhbərlik etmək şərəfinə nail olduğum üçün qürur duyuram” – Yulia Sviridenko bildirib.
Medianın məlumatına əsasən, baş nazir vəzifəsinə yeni namizəd hələ müəyyən edilməsə də, Ukrayna hakimiyyəti hazırda dörd namizədi nəzərdən keçirir: “Naftogaz” şurasının sədri və “Ukrnafta”nın direktoru Serqey Koretski; energetika naziri Denis Şmiqal; müdafiə naziri Mixail Fedorov; Xarkovun meri İqor Terexov.