Ukraynanın Ali Radası prezidentin ölkədə hərbi vəziyyət və ümumi səfərbərliyin daha 90 gün, oktyabrın 31-nə qədər uzadılmasını nəzərdə tutan qanun layihələrini dəstəkləyib
Ukraynanın Ali Radası Prezident Volodimir Zelenskinin ölkədə hərbi vəziyyət və ümumi səfərbərliyin daha 90 gün, oktyabrın 31-nə qədər uzadılmasını nəzərdə tutan qanun layihələrini dəstəkləyib.
“Ukraynada hərbi vəziyyət rejiminin müddətinin uzadılması haqqında Prezident fərmanının təsdiq edilməsi barədə” qanun layihəsini 313 deputat, “Ümumi səfərbərlik müddətinin uzadılması haqqında Prezident fərmanının təsdiq edilməsi barədə” qanun layihəsini isə 311 deputat dəstəkləyib.
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik Rusiyanın genişmiqyaslı işğalının başladığı 2022-ci ilin fevralın 24-dən bəri qüvvədədir.