Ukraynanın Ali Radası ölkədə hərbi vəziyyətin müddətini uzadıb
KYIV, UKRAINE - DECEMBER 28: (----EDITORIAL USE ONLY a MANDATORY CREDIT - "UKRANIAN PRESIDENCY / HANDOUT" - NO MARKETING NO ADVERTISING CAMPAIGNS - DISTRIBUTED AS A SERVICE TO CLIENTS----) Ukrainian President Volodymyr Zelenskyy addresses the Ukrainian Parliament in Kyiv, Ukraine on December 28, 2022. Zelenskiyy announced that they regained control of more than 1800 settlements captured by Russian forces in the Russia-Ukraine war. (Photo by Ukrainian Presidency / Handout/Anadolu Agency via Getty Images)
Ukrayna Parlamenti ölkədə hərbi vəziyyətin uzadılmasını dəstəkləyib.
Ali Radada keçirilən səsvermədə 357 deputat hərbi vəziyyətin avqustun 6-dək uzadılması qərarının lehinə, yalnız bir deputat əleyhinə səs verib.
Məlumat üçün bildirək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılması təşəbbüsü ilə Ali Radaya müraciət edib. Bununla yanaşı, “Avropalı Həmrəylik” partiyasının üzvü Aleksey Qonçarenko bəyan edib ki, hərbi vəziyyətin və səfərbərliyin uzadılmasını dəstəkləməyəcək, çünki hakimiyyət ordudan tərxisetmə aparmayıb və hərbi xidmət üçün son müddət təyin etməyib. Xatırladaq ki, Rusiya tərəfindən Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bu günə qədər Ali Rada artıq on beşinci dəfədir ki, hərbi vəziyyətin uzadılmasını dəstəkləyib.